AFFA-nın yeni baş katibi kimdir?

İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında AFFA-nın baş katibi vəzifəsinin indiyə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunması ilə bağlı qərar qəbul olunub.

Komanda.az Sərxan Hacıyevin tərcümeyi-halını diqqətinizə catdırır:

Sərxan Emin oğlu Hacıyev 1987-ci il iyulun 8-də Daşkənd şəhərində anadan olub.

1993-2004-cü illərdə Bakı şəhərində Məktəb-Lisey Kompleksinin 200 saylı orta məktəbində, sonra isə 43 saylı liseyində təhsil alıb.

2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.

2006-2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib.

2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.

2009-cu ildən bugünədək AFFA-da işləyir:

• 2009-2011 – Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi

• 2011-2012 – Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri

• 2012-ci ildən bugünədək baş katibin müavini

2011-2013-cü illərdə AFFA və Liverpul Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.

 2014-2015-ci illərdə UEFA və Lozanna Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.

2015-ci ildən etibarən UEFA nümayəndəsi kimi beynəlxalq futbol oyunlarının təşkilində iştirak edir.

2016-cı ildə Bakı şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi turnirinin direktoru olub.

2012-2021-ci illərdə Azərbaycanda keçirilən mötəbər futbol tədbirlərinin təşkilat komitələrində işləyib:

• 2012-ci il, FİFA 17 yaşadək qızlardan ibarət komandalararası dünya çempionatı – Beynəlxalq əlaqələr üzrə məsləhətçi

• 2013-cü il, Hərbçilər arasında futbol üzrə 1-ci dünya kuboku – Beynəlxalq əlaqələr üzrə məsləhətçi

• 2014-cü il, Futzal üzrə UEFA Kubokunun final mərhələsi turniri / “Dördlər finalı” – Beynəlxalq əlaqələr üzrə məsləhətçi

• 2019-cu il, UEFA Avropa Liqasının final oyunu – Dövlət qurumları ilə əlaqələndirici nümayəndə

• 2021-ci il, Avropa çempionatının final mərhələsi turniri / AÇ-2020 – Dövlət qurumları ilə əlaqələndirici nümayəndə.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button