Tanınmış menecer Donnarummanı günahlandırdı

Tanınmış futbol meneceri Dmitri Selyuk hesab edir ki, PSJ qapıçısı Canluici Donnarummanın səhvləri ucbatından “Real”a uduzub (1:3).

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Selyuk, “Real”la oyunda qapıda Donnarummanın yox, Keylor Navasın olmalı olduğunu düşünür:

“Məncə, PSJ sakitcə qələbə qazana bilərdi. Amma Donnarumma onların oyununu pozdu. İlk hissədə parislilər çox ciddi üstünlüyə malik idilər. Lakin italyalı qapıçı komandasını məyus etdi. Həqiqətən də, Kərim Benzemanın ilk qoluna qədər “Real”ın elə də şansı yox idi. Fasilədən sonra hər şeyin belə bitəcəyini çoxu düşünmürdü. Və sonra Donnarummanın uğursuz səhvi oldu.

Ola bilsin ki, PSJ-nin məşqçiləri səhv etdilər, onlar Keylor Navası oyuna buraxmalı idilər. Axı italyan qolkiper bəzən publikaya oynamağı, özünü göstərməyi xoşlayır. Baxmayaraq ki, o, bir vəziyyətdə sakit oynaya, topu künc zərbəsinə göndərə bilərdi”.

PSJ cavab oyununda (ilk matç 1:0) məğlub olaraq, Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button