Yeni müqavilə bağlasa, maaşı artacaq

“Mançester Yunayted”in müdafiəçisi Luk Şou klubla müqaviləsini uzatmağa hazırdır.

Komanda.az “The Guardian”a istinadən xəbər verir ki, klubla futbolçu yeni müqavilə ilə bağlı razılığa gəlsə, Şounun maaşı da artacaq.

26 yaşlı ingilis futbolçu “Mançester Yunayted”də həftədə 150 min funt-sterlinq qazanır.

Şou bu mövsüm “qırmızı şeytanlar”la 26 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button