“Mbappe hazırda dünyanın ən yaxşı futbolçusudur, Messi isə…”

PSJ-nin idman direktoru Leonardo komandanın hücumçusu Lionel Messi haqda danışıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, Messinin PSJ-nin digər hücumçusu Kilian Mbappe ilə müqayisə edilməsinin düz olmadığını deyib:

“Məncə, Mbappe, Neymar və ya Messi kimi böyük futbolçular üçün mühit vacibdir. Onlar təcrid olunmuş vəziyyətdə qala bilməzlər, onlara uyğun mühit lazımdır.

Kilian Mbappe hazırda dünyanın ən yaxşı futbolçusudur. Messi isə həmişə o səviyyədə olub. Məncə, o, hələ də o səviyyədədir. Söhbət hansı futbolçunun daha yaxşı olmasından getmir. Birinin 23, digərinin isə 34 yaşı var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button