“İkinci dünya müharibəsi bizə nə öyrətdi?” – “Neftçi”nin keçmiş futbolçusu

“İnanıram ki, müharibəni dayandırmağın yolu var. Hansı ki, tariximiz ərzində bunu heç vaxt görməmişik. Amma həmin yol zorakılıq deyil”.

Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi”nin keçmiş futbolçusu Keysuke Honda öz “tvitter” hesabında yazıb.

Hazırda Litvanın “Suduva” klubunda çıxış edən 39 yaşlı yaponiyalı yarımmüdafiəçi  Rusiyanın Ukraynaya hücumunu pisləyib:

“İkinci dünya müharibəsi bizə nə öyrətdi? Azadlıq və bərabərliyimizi müharibəsiz əldə edə bilmərik? İnsan həyatından vacib heç nə yoxdur”.

Honda 2020/2021 mövsümündə “Neftçi”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button