“Lion” “Lill”ə uduzdu, “Marsel” xal itirdi
Futbol üzrə Fransa çempionatında 26-cı tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Monpelye” doğma meydanda “Renn”lə qarşılaşıb. Altı qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.
Ötən tur məğlubiyyətlə üzləşən PSJ bu dəfə “Sent-Etyen”i sınağa çəkib və inamlı qələbə qazanıb. “Strasburq” – “Nitsa” matçında isə hesab açılmayıb.
Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Monako” evində “Reyms”ə, “Anje” “Lans”a, “Brest” isə “Loryan”a məğlub olub. “Klermon” – “Bordo” və “Mets” – “Nant” oyunlarında qalib müəyyənləşməyib.
Avropa Konfrans Liqasında “Qarabağ”ı mübarizədən kənarlaşdıran Marsel “Olimpik”i “Trua” səfərinə yollanıb. Bu oyunda qalib müəyyənləşməyib. Lion “Olimpik”i isə evində son çempion “Lill”ə məğlub olub.
Fransa Liqa 1, 26-cı tur
25 fevral
Monpelye – Renn 2:4
Qol: Oyonqo, 19. Vahi, 41 – Terrye, 8. Buriqe, 15. Laborde, 52. Mayer, 84.
26 fevral
Strasburq – Nitsa 0:0
PSJ – Sent-Etyen 3:1
Qol: Mbappe, 42; 47. Danilo, 52 – Bouanqa, 16.
27 fevral
Monako – Reyms 1:2
Qol: Ben Yedder, 55 – Volland, 84-öz qapısına. Mbuku, 90+2.
Anje – Lans 1:2
Qol: Fulgini, 49 – Mendi, 73-öz qapısına. Klauss, 76.
Brest – Loryan 0:1
Qol: Kone, 73.
Klermon – Bordo 1:1
Qol: Raşani, 32 – Jullavoqi, 13.
Mets – Nant 0:0
Trua – Marsel 1:1
Qol: Tuzqar, 90 – Payet, 28-pen.
Lion – Lill 0:1
Qol: Qudmundsson, 35.
Bombardir: Vissam Ben Yedder (Monako) – 14 qol.
Bizi Facebook-da izləyin