Yardımlıdakı Olimpiya İdman Kompleksinə direktor axtarılır

Gənclər və İdman Nazirliyi Yardımlı Olimpiya İdman Kompleksi MMC-nin direktoru vəzifəsinə vakansiya elan edib.

Komanda.az nazirliyin saytına istinadən xəbər verir ki, 50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla, ümumilikdə 6 il iş stajı tələb olunur.

Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini martın 5-dək müvafiq ünvana göndərməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button