Açıq Avropa turnirini 2 medalla “bağladıq”
Dünyanın 26 ölkəsindən 321 idmançının qatıldığı, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirinə yekun vurulub.
Komanda.az xəbər verir ki, iki gün davam edən turnirdə ölkəmizi milli komandanın ehtiyat üzvləri olan 18 cüdoçu təmsil edərək, medallar və reytinq xalları uğrunda mübarizə aparıblar.
Yarışın birinci günündə 60 kq çəki dərəcəsində mübarizə aparan idmançılarımız Turan Bayramov və Samir Piriyev bütün rəqiblərini məğlub edərək finalda bir-birləri ilə görüşüb. Bayramov Piriyevə qalib gələrək, Azərbaycana beynəlxalq turnirlərdən bu ilin ilk qızıl medalını qazandırıb.
Ümumilikdə, 1 qızıl və 1 gümüş medal qazanan Azərbaycan yığmasının üzvləri Açıq Avropa turnirini 7-ci yerdə başa vurublar.
Bizi Facebook-da izləyin