“Yuventus”la “Fiorentina” yarımfinalda
Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.
“Atalanta” doğma meydanda “Fiorentina” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb. “Yuventus” isə evdə “Sassuolo”dan üstün olub.
İtaliya kuboku, 1/4 final
8 fevral
İnter – Roma 2:0
Qol: Dzeko, 2. A.Sançes, 68.
9 fevral
Milan – Latsio 4:0
Qol: Leao, 24. Jiru, 41; 45+1. Kessye, 79.
10 fevral
Atalanta – Fiorentina 2:3
Qol: Zappakosta, 30. Boqa, 56 – Pyontek, 9-pen; 71. Milenkoviç, 90+3.
Yuventus – Sassuolo 2:1
Qol: Dibala, 3. Ruan, 88-öz qapısına – Traore, 24.
Beləliklə, yarımfinalda “Fiorentina” “Yuventus”la, “İnter” isə “Milan”la qarşılaşacaq. Yarımfinal görüşləri ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar 2-3 martda, cavab görüşləri isə 20-21 apreldə baş tutacaq.
Bizi Facebook-da izləyin