Kapitan Dadaşov fərqləndi

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin əvəzedici komandası da növbəti matçına çıxıb. “Şalke” doğma meydanda “Şportfroynde” komandası ilə qarşılaşıb. Görüş “Şalke”nin 4:1 hesablı qələbəsiylə başa çatıb.

Rüfət Dadaşov da bu matçın iştirakçısı olub. Kapitan kimi meydana çıxan hücumçu 78-ci dəqiqədə komandasının sonuncu qolunu vurub.

“Şalke” 23 turdan sonra 27 xalla 12-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button