Andrade üçün Seneqal, Kane üçün Qambiya
Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 finalın cütləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, pley-off mərhələsinin oyunlarına yanvarın 23-də start veriləcək.
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin formasını geyindiyi Kabo Verde yığması 1/8 finalda Seneqal millisi ilə üz-üzə gələcək. “Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kanenin komandası – Qvineya yığmasını isə Qambiya ilə mübarizə gözləyir.
Növbəti mərhələdə üz-üzə gələcək komandaları və oyun günlərini təqdim edirik:
Afrika Millətlər Kuboku
1/8 final
23 yanvar
Burkina Faso – Qabon
Nigeriya – Tunis
24 yanvar
Qvineya – Qambiya
Kamerun – Komor adaları
25 yanvar
Seneqal – Kabo Verde
Mərakeş – Malavi
26 yanvar
Fil Dişi Sahili – Misir
Mali – Ekvatorial Qvineya
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin