“Barselona”da ayrılıq – rəsmi

İspaniyanın “Barselona” klubu icarə əsasında komandada çıxış edən Yusuf Demirlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, türk əsilli avstriyalı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Rapid” klubuna qayıdıb. Bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb.

Yusuf “Barselona” ilə bu mövsüm 9 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button