“Çelsi” Lukakunu satmaq istəyir – ilk “elçi”

“Çelsi”nin futbolçusu Romelu Lukaku klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, belçikalı hücumçu ilə Fransanın PSJ klubu yaxından maraqlanır. Bu barədə İspaniyanın “El Nacional” nəşri məlumat yayıb.

“Çelsi” klubunun prezidenti Roman Abramoviç bir müddət verdiyi müsahibə ilə gündəmə gələn Lukakunu satmaq istəyir. Paris təmsilçisi hücumçu ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək, onu heyətinə qatmaq niyyətindədir.

PSJ 28 yaşlı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır.

Romelu Lukaku bir müddət əvvəl İtaliya mətbuatına verdiyi müsahibədə “Çelsi”də narahatlığından, baş məşqçi Tomas Tuxelin sistemindən və sabiq komandası “İnter”ə qayıtmaq istəməsindən danışıb. Futbolçu daha sonra Tuxeldən və azarkeşlərdən üzr istəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button