“Benfika”nın yeni baş məşqçisi məlum oldu
Portuqaliyanın “Benfika” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, komandanın “sükan”ı Bruno Lageyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lageylə mövsümün sonuna qədər müqavilə imzalanıb.
42 yaşlı mütəxəssis 2018-ci ilin yayından “Benfika”nın B komandasında baş məşqçilik edirdi.
“Benfika”nın cari mövsümdə uğursuz çıxışından sonra, baş məşqçi Rui Vitoriya yanvarın 3-də vəzifəsindən göndərilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin