“Everton” – “Lester” matçı yenidən təxirə salındı

Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turun “Everton” – “Lester” oyunu yenidən təxirə salınıb.

Komnada.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın yanvarın 11-də keçirilməsi nəzərdə tutulmuşdu. Lakin “Lester” klubu bu görüşün yenidən təxirə salınmasını istəyib. Buna sözügedən komandada hələ də əksər futbolçuların koronavirusdan tam sağalmaması səbəb göstərilib.

Bu oyunun nə vaxt keçiriləcəyinə qarşıdakı günlərdə aydınlıq gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button