10 il sonra “Tottenhem”i tərk edəcək
“Tottenhem”in futbolçusu Uqo Lloris mövsümün sonunda klubu tərk edəcək.
Komanda.az xəbər verir ki, 35 yaşlı qapıçı karyerasını Fransada davam etdirmək istəyir. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.
Llorislə “Nitsa” klubu yaxından maraqlanır. Fransalı oyunçu da sabiq komandasına keçməyə müsbət yanaşır.
Lloris 2012-ci ildən “Tottenhem”də çıxış edir. Onun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin