Almaniyada ilk: İrqçiliyə görə oyun təxirə salındı

Almaniyanın 3-cü liqasında keçirilən “Duysburq” – “Osnabrük” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, buna səbəb, meydan sahibi komandanın azarkeşlərinin rəqib futbolçu Aron Opokuya qarşı irqçilik etməsi olub.

Matçın 36-cı dəqiqəsində fanatlar top qana əsilli alman hücumçuda olan zaman meymun səsləri çıxarıblar. Bundan sonra matçın baş hakimi hər iki komandanı paltardəyişmə otağına yollayıb və oyunu təxirə salıb.

Bu, Almaniya futbol tarixində irqçiliyə görə təxirə salınan ilk matç olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button