Mahir Emreli başından xəsarət alıb – azarkeşlərin hücumundan sonra

Polşanın “Legiya” klubunda azarkeşlərin hücumuna məruz qalan Mahir Emrelinin durumu haqqında yeni məlumatlar yayılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu hadisədən sonra beyin silkələnməsinin olub-olmadığını yoxlamaq üçün həkim müayinəsindən keçib.

Müayinədə Mahirin başında şiş əmələ gəldiyi ortaya çıxıb. 24 yaşlı hücumçunun hadisədən sonra başında ağrılar olub.

Mahir Emreli ağrılar səbəbindən dekabrın 14-də komandanın məşqində iştirak etməyib və bu gün “Zaqlembe” ilə matçda oynamayacaq.

“Legiya” fanatları komandalarının Ekstraklasada “Visla”ya 0:1 hesabı ilə uduzduqları matçdan sonra komandanın futbolçularıma hücum ediblər. Nəticədə, Mahirlə yanaşı, Lukinyas və Rafael Lopes xəsarət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button