“Neftçi”nin oyunlarına baxmıram” – Almeyda

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sabah”ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az sizi həmin müsahibə ilə tanış edir:

  • Matçı necə dəyərləndirərdiniz?
  • Qələbə qazanmaq üçün nə lazımdırsa, etdik: hücumların qurulması, top itirdikdən sonra pressinq edib onu yerindəcə almaq. Kifayət qədər qol vəziyyəti yaratdıq. Böyükhesablı qələbəyə baxmayaraq, daha çox qol vura bilərdik. Buna görə komanda yoldaşlarıma minnətdaram. Doğru yoldayıq, belə də davam etməliyik.
  • Bir neçə real qol epizodunda son nöqtəni qoya bilmirdiniz. Problem nədə idi?
  • Hardasa sizinlə razılaşa bilərəm. Məşqlərdə bunun üzərində çox işləyirik. Saşa Stamenkoviçin zəhmətini də yerə vurmaq olmaz. O, çox seyv etdi, əməyini danmayaq. Ümumi götürdükdə bunu yaxşılaşdırmaq üçün çalışırıq.
  • Səncə, bunun üçün hücumun sivri ucuna yeni, daha səviyyəli futbolçu cəlb etmək lazımdı?
  • Bu, mənim üzərimə düşən iş deyil. Komandamızda Mahir, Emeqara, Reynaldo, Araz kimi hücumçular var. Hər kəs öz üzərinə düşən işlə məşğul olmalıdı. Mən də öz işimi görməliyəm. Bu sual baş məşqçiyə ünvanlansa, yaxşı olar. Mövsümün sonunda hər şeyi biləcəyik.
  • Sona dörd tur qalıb. Çempionluq şansınızı necə dəyərləndirirsən?
  • Biz qalib gəlirik, “Neftçi” də udur. İndidən nəsə demək olmur. “Neftçi” də yaxşı komandadı. Azərbaycan klubları son illər inkişaf mərhələsindədilər. Getdikcə qələbə qazanmaq daha da çətin olur. Komandaların səviyyəsi artıb.
  • Sabah “Neftçi” “Səbail”ə qarşı oynayacaq. Əsas rəqibinizin xal itirəcəyini gözləyirsiniz?
  • Mən heç “Neftçi”nin oyunlarına baxmıram. Bizim üçün əsas olan öz üzərimizə düşən işdi. Bu gün qalib gəlməliydik. Yolumza davam edirik.
  • Necə düşünürsən, çempionluğun taleyi son oyuna qalacaq, yoxsa vaxtından əvvəl həll olunacaq?
  • Futbolda hər şey mümkündü. Niyə də olmasın? Təsəvvür edin ki, hər şey son tura qalır. Həm bizim, həm də onlar üçün möhtəşəm oyun olacaq. Öz üzərimizə düşən işi görməliyik.
  • Son vaxtlar səni çox tənqid edirlər. Necə düşünürsən, bunu haqq edirsən?
  • Hər bir futbolçu tənqid olunmalıdı. Tənqidi qəbul etməyi bacarmaq lazımdı. Amma məşqçim nə deyirsə, mənim üçün o daha önəmlidi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button