“Roma”nın 3 futbolçusunun koronavirus testi pozitiv çıxdı
İtaliyanın “Roma” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Canavarlar”da daha əvvəl Brian Kristante və Qonsalo Vilyarın koronavirus testi pozitiv çıxıb. Son olaraq gənc futbolçu Feliks Afena-Qyanın da koronavirusa yoluxduğu müəyyənləşib. 18 yaşlı qanalı hücumçu da digər iki oyunçu kimi karantinə alınıb.
“Roma” bu gün A Seriyasının 15-ci turu çərçivəsində səfərdə “Bolonya” ilə qarşılaşacaq. Paytaxt təmsilçisində Lorenso Pelleqrini ilə Leonardo Spinatsola da zədə səbəbindən komandaya kömək edə bilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin