Neymar üçün il bitdi
Fransa Liqa 1-in 15-ci turunda “Sent Etyen”lə oyunda (1:3) zədələnən PSJ-nin hücumçusu Neymar ilkin tibbi müayinədən keçib.
Komanda.az RMC-yə istinadən xəbər verir ki, topuğundan zədə alan braziliyalı futbolçu 6 həftə yaşıl meydanlardan kənarda qala bilər. Təkrar müayinədən sonra Neymarın vəziyyəti tam dəqiqləşəcək.
“Sent-Etyen”lə görüşdə zədələnən Neymar meydanı xərəkdə tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin