“Komanda Ronaldonun ayrılığından təsirləndi” – “Yuventus” rəsmisi
“Yuventus”un vitse-prezidenti Pavel Nedved açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Nedved, portuqaliyalı hücumçu Kriştiano Ronaldonun klubdan gedişi haqda danışıb:
“Komanda Ronaldonun ayrılığından təsirləndi. Onun burada üç il qaldığını nəzərə alsaq, bu, normaldır. Ronaldodan sonra baş məşqçimiz Massimiliano Alleqri sistemi dəyişmək məcburiyyətində qaldı. Buna uyğunlaşmaq xallar itirməyimizə səbəb oldu”.
“Yuventus” A Seriyasında 7-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin