“Neftçi”nin futbolçusundan Kriştiano Ronaldonu ələ salan paylaşım
“Neftçi” klubunun futbolçusu Mamadu Mbodj Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldoya sataşıb.
Komanda.az xəbər verir ki, 28 yaşlı seneqallı müdafiəçi “instaqram” hesabında noyabrın 14-də keçirilmiş Portuqaliya – Serbiya oyunu ilə bağlı paylaşım edib.
Mbodj həmin matçda serblərə azarkeşlik etdiyini göstərib. O, paylaşımında “Ronaldo hələ də oturub hakimləri Mitroviçin zərbəsindən sonra topun qapı xəttini keçdiyinə inandırır” yazıb.
Portuqaliya millisini 2:1 hesabı ilə məğlub edən Serbiya DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Oyunda qələbə topunu 90-cı dəqiqədə serb hücumçu Aleksandar Mitroviç vurub.
Bu komandalar arasında martın 27-də keçirilmiş oyunda qalmaqal yaşanmışdı. Kriştiano Ronaldonun 90+3-cü dəqiqədə vurduğu qol qapı xəttini keçsə də, baş hakim “davam” qərarı vermişdi.
Mamadu Mbodj 2014/2015 mövsümündə Serbiyada “Srvena Zvezda”nın formasını geyinib.
Bizi Facebook-da izləyin