Qarabağ üçün yarışdılar, İsrail qalib oldu

Türkiyənin Alanya şəhərində keçirilmiş beynəlxalq futvoley turniri başa çatıb.

Komanda.az xəbər verir ki, “Qarabağ zəfəri kuboku” adı altında keçirilən yarış vətən müharibəsində qazanılan qələbəyə həsr olunub.

Noyabrın 5-dən başlayan yarışda Azərbaycanla yanaşı, Braziliya, Almaniya, Ukrayna, Avstriya, Türkiyə, Rusiya, İsrail, Fransa və Niderland futvoleyçiləri mükafatlar uğrunda mübarizə aparıb. Bütün komandalar arxa hissəsində “Karabakh is Azerbaijan!” cümləsi yazılmış formalarla yarışıb.

Turnirin qalibi İsrail millisi olub. Gümüş mükafatı ispaniyalılar, bürünc medalları isə ukraynalılar qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button