Azərbaycan millisinin rəqibinin futbolçusuna cəza – Təhqirə görə

UEFA Xorvatiya millisinin futbolçusunu Serxio Ramosu təhqir etdiyinə görə cəzalandırıb.

Komanda.az xəbər verir ki, Avropanın ali futbol qurumu Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Xorvatiya – İspaniya oyunundan sonra sosial şəbəkədə təhqir dolu ifadələr işlədən Deyan Lovreni cəzalandırıb. Xorvatların 3:2 hesablı qələbəsi ilə başa çatan matçdan sonra İspaniya millisinin kapitanı Serxio Ramosu hədəfə alan Lovren, 1 oyunluq cəza alıb.

“Liverpul”da forma geyinən 29 yaşlı müdafiəçi, oyundan sonra “instagram” hesabı vasitəsilə etdiyi paylaşımda, “3:2. Çıx və mətbuat konfransında danış, həmkarım. Nə həmkar?! Alçaqlar dəstəsidir” sözlərini işlətmişdi.

Xorvatiya millisi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button