Portuqaliya mətbuatı: Dadaşov “Benfika”nın hədəfində

Azərbaycan millisinin üzvü, Portuqaliyanın Sequnda klubu “Eştoril”də çıxış edən Renat Dadaşov karyerasını “Benfika”da davam etdirə bilər.  

Komanda.az xəbər verir ki, bu barədə Portuqaliyanın “maisfutebol.iol.pt” saytı məlumat yayıb. Lissabon təmsilçisi “Eştoril”in iki futbolçusu ilə yaxından maraqlanır. Onlardan biri “Benfika”nın B komandasını ötən il “Eştoril”ə dəyişən Felipe Soares, digəri iə millimizin üzvü Renat Dadaşovdur. Hər iki futbolçu yay transfer dönəmində “Benfika”ya keçə bilər. 

Almaniyanın “Ayntraxt” klubundan “Eştoril”ə keçən Dadaşov, bu mövsüm 24 oyunda 4 qola imza atıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button