Azərbaycanlı hücumçu üçün 90 dəqiqə və 1 xal

Futbol üzrə Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Desna” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Eldarla Rüstəm də bu oyunun iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıblar. Rüstəm sonadək oynayıbsa, Eldar 76-cı dəqiqədə əvəzlənib. Əhmədzadə 56-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

11 turdan sonra 7 xalı olan “Minay” 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button