Azərbaycan – Malta matçının hakimləri bilindi

Qadınlardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta millisinə qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Komanda.az xəbər verir ki, oktyabrın 26-da “ASK Arena”da keçiriləcək Azərbaycan – Malta qarşılaşmasını Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Reka Molnar olacaq. Ona yan xətt hakimləri Katalin Török və Noemi Hegedus-Barat kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Reka Bognar yerinə yetirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button