“Hazard “qızıl top”u qazana bilər?”

Belçika milli komandasının baş məşqçisi Roberto Martines “Real”da çıxış edən Eden Hazardın gələcəkdə “qızıl top”u qazana biləcəyini deyib.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşrinə danışan Martines, belçikalı oyunçuya böyük etimadının olduğunu bildirib:

“Hazard “qızıl top”u qazana bilər? Şübhəsiz. Düzdür, hazırda bir az geriləyib. İspaniyada baş verənlər onun üçün gözlənilməz oldu. Narahat olduğumuz məqam budur.

Hazard daha yaxşı vəziyyətə çatmaq üçün çox çalışmalıdır. Milli komandayla Fransaya qarşı keçirilən Millətlər Liqasının oyununun ilk hissəsindəki performansını davam etdirsə, daha böyük uğurlar qazana bilər”.

Belçika yığması Millətlər Liqasının yarımfinalında Fransaya 2:3 hesabıyla uduzub.

Hazard bu mövsüm “Real”la 8 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button