“Real”ın futbolçusu “Milan”la razılaşdı
İspaniyanın “Real” klubunun futbolçusu İsko karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Milan”a keçməyə yaxındır. Bu barədə “Marca” nəşri məlumat yayıb. Tərəflər arasında razılıq əldə olunduğu və keçidin qışda rəsmiləşəcəyi bildirilir.
İsko bu mövsüm “Real”la 6 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin