UEFA “Qalatasaray”ın oyunundakı erməni bayrağına görə intizam işi açdı
UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransada “Marsel”lə Türkiyə “Qalatasaray”ı arasında keçirilmiş oyunda baş vermiş insidentlə bağlı intizam işi açıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, məsələyə oktyabrın 18-də baxılacaq. Qərar isə 4 gün sonra açıqlanacaq.
Qolsuz heç-heçə ilə başa çatan görüş azarkeşlər arasındakı qalmaqala görə 37-ci dəqiqədə dayandırılıb. Hadisəyə yerli fanatların tribunada Ermənistan bayrağı açması səbəb olub. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birlərinə məşəl atmağa başlayıblar. Polis iğtişaşın qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin