AFFA-dan hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qəraralar qəbul edilib:
1-ci divizionun 3-cü turunun “Kəpəz” – “Qarabağ-2” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub.
“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununun 53-cü dəqiqəsində “Neftçi-2” komandasının Asim Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.
“Turan Tovuz” – “Sabah-2” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
“Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
“Zirə-2” – MOİK oyununun 81-ci dəqiqəsində “Zirə-2” komandasının futbolçusu Eldost Qiyasbəyli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub.
MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.
Bizi Facebook-da izləyin