Argentina və İtaliya millisi Maradona üçün oynayacaq
Ötən ilin noyabrında vəfat edən argentinalı sabiq futbolçu Dieqo Maradonanın xatirəsinə İtaliya və Argentina yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Komanda.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) mətbuat xidməti məlumat yayıb. Xəbərdə, qurumun UEFA ilə razılıq əldə etdiyi və Argentinayla İtaliya yığmaları arasında yoldaşlıq oyunu keçiriləcəyi bildirilib.
Maradonanın xatirəsinə həsr olunan oyun 2022-ci ilin iyununda olacaq. Dəqiq tarix hələ bəlli deyil.
İtaliya yığması bu il keçirilən AÇ-2020-ni, Argentina millisi isə Amerika kubokunu qazanıb.
Maradona 2020-ci ilin noyabrın 25-də, 60 yaşında vəfat edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin