“Milan”a qol vursam, sevinərəm” – Hakan Çalhanoğlu
“İnter”in futbolçusu Hakan Çalhanoğlu maraqlı açıqlama ilə gündəmə gəlib.
Komanda.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi, keçmiş komandası “Milan”a qol vursa, sevinəcəyini deyib:
“Milan”da çətin günlər yaşadım. Amma baş məşqçi Stefano Piolinin köməyiylə iki gözəl mövsüm keçirdik. Bir çox azarkeşlə tanış oldum, onlarla şəkil çəkdirdim. “Milan”dan kiminləsə problemim yoxdur. Keçmiş komanda yoldaşlarımın bir çoxu ilə hələ də görüşürəm. Bu klubla problemim yoxdur. “Milan”a qol vursam, sevinərəm”.
Hakan 2017-2021-ci illərdə “Milan”da çıxış edib. O, bu yay azad agent kimi “qırmızı qaralar”ın əzəli rəqibi “İnter”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin