“Barselona”nın prezidenti: “Qrizmann daha artığını edə bilərdi, amma…”

“Barselona”nın prezidenti Xuan Laporta açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Laporta, icarə əsasında “Atletiko”ya keçən futbolçu Antuan Qrizmannla bağlı fikirlərini söyləyib:

“Xüsusi vəziyyət yaranmışdı. Hamımız ondan çox şey gözlədik. Amma mən onu tənqid etmək istəmirəm. Qrizmann sistemimizə uyğun deyildi. Hər zaman xoş əhval-ruhiyyəsi var idi. Ona karyerasında və həyatında uğurlar arzu edirəm. “Barselona” üçün vacib qollar vurub. Daha artığını edə bilərdi, amma çətin vəziyyətə düşmüşdü”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button