“Tottenhem” fransızı satıb, seneqallını transfer etdi
İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Mets” klubunun yarımmüdafiəçisi Pape Matar Sarrı transfer edib.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb. Gənc yarımmüdafiəçinin bu mövsümün sonuna qədər icarə əsasında “Mets”də çıxış edəcəyi diqqətə çatdırılıb.
Seneqallı futbolçu ötən mövsüm Liqa 1-də 25 matçda meydana çıxıb və 4 qol vurub. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Sarr, Seneqal yığmasında da iki rəsmi matça çıxıb.
“Tottenhem” öz yarımmüdafiəçisi Mussa Sissokonu da “Uotford”a satıb. Fransalı 31 yaşlı oyunçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Sissoko 2016-cı ildən “Tottenhem”də çıxış edirdi. Fransa yığmasının üzvü ötən mövsüm meydana çıxdığı 42 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Bizi Facebook-da izləyin