“Qalatasaray” Rumıniyadan futbolçu alır – klub prezidenti açıqladı

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Rumıniyanın “Styaua” klubundan Olimpiu Moruçanı transfer etməyə hazırlaşır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Super Liqanın 2-ci turunun “Hatayspor”la matçından (2:1) sonra keçirilən mətbuat konfransında Moruçanla danışıq apardıqlarını təsdiqləyib.

“Styaua” klubunun prezidenti Cici Bekali Rumıniya mətbuatına açıqlamasında, 22 yaşlı rumıniyalı yarımmüdafiəçini “Qalatasaray”a satdıqlarını bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button