Çempionlar Liqası: “Araz-Naxçıvan” Latviya çempionuna qalib gəldi
“Araz-Naxçıvan” bu gün futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi Latviya çempionu “Raba” ilə qarşılaşıb. Görüş Naxçıvan klubunun qələbəsiylə yekunlaşıb.
İlk görüşdə Cəbəllütariqin “Europa” klubunu 9:2 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” ikinci matçında Finlandiyanın “Kampuksen Dinamo” komandası ilə heç-heçə etmişdi – 4:4.
“Araz-Naxçıvan” 7 xalla qrupda ikinci yeri tutub. İlk pillə eyni xala malik olsa da, topların daha yaxşı fərqinə malik olan “Kampuksen Dinamo”ya qismət olub.
Futzal, Çempionlar Liqası, ilkin mərhələ
24 avqust
F qrupu
Araz-Naxçıvan – Raba (Latviya) 8:4
Qol: Qollar: Rodriqes, 0:24; 32:20. Pereyra, 18:16. X.Bağırov, 22:30; 32:40. İ.Atayev, 23:33. R.Çovdarov, 26:00-pen; 29:37 – Ar.Kuleşov, 11:29. Boqdanov, 15:03. Jakovlev, 20:54. Strazdin, 29:23.
Araz: 12. Rövşən Hüseynli (q), 7. Ramiz Çovdarov, 9. Emanuel Rodriqes, 14. Murilo Borges, 17. Pereyra Qoncalves Dos Santos, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Amir Şocaei, 15. Hadi Ahmadi, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.
Raba: 81. Boqdanov (q), 2. Rimkus, 4. Roykovski, 6. Ar. Kuleşov, 7. Jakovlev (k), 12. Jurov (q), 8. Al. Kuleşoviç, 9. Ederson, 10. Tarakanov, 11. Grisli, 13. Hercberq, 15. Strazdin, 16. Mikevic, 18. Sabara.
Baş məşqçi: Şketov.
Bizi Facebook-da izləyin