Şakirinin yeni klubu rəsmən bilindi
Fransanın “Lion” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Liverpul”dan Cerdan Şakirini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
Şakiri 2018-ci ildən “Liverpul”da çıxış edirdi. Yarımmüdafiəçi İsveçrə yığmasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin