Zidan meşə yanğınlarına görə milyonlarından keçdi
Fransalı mütəxəssis Zinəddin Zidan xeyirxah addımla gündəmə gəlib.
Komanda.az xəbər verir ki, hazırda işsiz olan Zidan, Əlcəzairdə meşə yanğınları zamanı əhaliyə dəymiş zərərin ödənilməsi üçün 2 milyon avro bağışlayıb. Bu barədə “Shoot Africa” nəşri məlumat yayıb.
Əlcəzairdə baş verən meşə yanğınları nəticəsində 65 nəfər vəfat edib.
Fransanın Marsel şəhərində anadan olan Zidanın valideynləri Əlcəzairdəndir. Onlar 1953-cü ildə bu ölkədən Fransaya miqrasiya edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin