Stiven Qlass: “Şansların yenə bərabər olduğunu düşünürəm”

Şotlandiyanın “Aberdin” komandasının baş məşqçisi Stiven Qlassın Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk matçından sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qlass, 0:1 hesabıyla məğlub olduqları matçı belə şərh edib:

  • Oyundan əvvəl “Qarabağ”dan çəkinmədiyinizi dediz. İlk matçdan sonra nə düşünürsüz?
  • Biz “Qarabağ”a hörmətlə yanaşırıq. Güclərini bilirik. Ancaq belə meydançada yaxşı oyun oynamaq çox çətindir. Növbəti matç fərqli meydançada olacaq və hər şey fərqli olacaq.
  • Meydança amili sizə, yoxsa “Qarabağ”a daha çox mane oldu?
  • Hər iki komandaya. “Qarabağ” daha yaxşı meydançada gözəl futbol oynayacaq. Meydança futbolçuların zədələnməsinə səbəb olurdu.
  • Matçdan əvvəl klubunuzun rəsmisi cavab matçını həvəskar meydançada oynayacağınızı dedi. Bu haqda nə düşünürsüz?
  • Bizim meydança həvəskar komandanın stadionu kimidir. Yaxşı meydançada hər iki komanda baxımlı futbol sərgiləyə bilər.
  • Şansları necə dəyərləndirirsiz?
  • Təbii ki, rəqibin gücünü bilirik. Cavab matçı var. “Qarabağ” uzun səfərə çıxacaq və öyrəşmədiyi meydançada oynayacaq. Şansları bərabər hesab edirəm.
  • İkinci hissədə sarı vərəqə aldız. Qərarla razılaşırsız?
  • Təbii ki, yox. Mən hakimin qərarına etiraz edirdim. Vərəqənin düzgün olmadığını fikirləşirəm.
  • Oyununuza “Qarabağ” mane oldu, yoxsa ot örtüyü?
  • Təbii ki, hər ikisi. “Qarabağ” belə havada oynamağa öyrəşib. Düşünürəm ki, ikinci hissədə yaxşı oynadıq. Hesabı bərabərləşdirmək istəyirdik.
  • Artıq “Qarabağ”ı tanıdız. Cavab matçında necə oynayacağınızla bağlı fikriniz varmı?
  • Bazar günü oyunumuz var. “Qarabağ”ı tək bu oyuna görə yox, əvvəlki oyunlarına görə təhlil etmişik. Bu oyun daha çox atletik oldu.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button