Mahir Emreliyə “5” verdilər: “Belə davam etsə…”

Polşanın “TVP Sport” telekanalı “Legiya”nın Çempionlar Liqasının 3-cü mərhələsinin “Dinamo” ilə matçından (1:1) sonra futbolçuların çıxışını 10 xallıq sistemlə dəyərləndirib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin oyunu 5 balla qiymətləndirilib. O, matçın ən aşağı bal alan oyunçusudur. 24 yaşlı futbolçunun sərgilədiyi oyuna belə şərh verilib:

“Bu gün onun üçün yaxşı olmadı. Bu dəfə gözləntilərdən aşağıda performans sərgilədi. Bir neçə epizodda daha yaxşı davrana bilərdi. Sakit deyildi. Belə davam etsə, əsas heyətdəki yerini itirə bilər”.

“Legiya”nın heyətində “Dinamo” ilə matçın ən yaxşısı 8 balla Ernest Muçi olub. Futbolçu komandasının yeganə qolunu vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button