“Qarabağ”ın yeni transferi “Legiya”ya təşəkkür etdi

“Qarabağ”ın yeni transferi Marko Veşoviç keçmiş klubu “Legiya” ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, 29 yaşlı oyunçu bununla bağlı “instagram” hesabında paylaşım edib:

“Üç il yarımdan sonra “Legiya” ilə vidalaşmağın vaxtı gəldi. Dünyanın ən yaxşı azarkeş qruplarından birinin qarşısında oynamaq şərəf və xoş idi. Yaxşı və pis məqamlar oldu. Bilirsiz ki, Veşoviç bu formada çıxdığı hər oyunda hər şeyini verirdi. Burda yaxşı dostlarla qarşılaşdım, ailəm paytaxt Varşavaya aşiq oldu. Mən həqiqi “Legiya”lı oldum. Məni dəstəklədiyiniz üçün təşəkkür edirəm. Klubuma və komanda yoldaşlarıma Avropa arenasında və Polşa çempionatında mübarizədə ən yaxşısını arzu edirəm”.

Veşoviç “Qarabağ”la 2 illik müqavilə imzalayıb.

“Legiya”da azərbaycanlı hücumçu Mahir Emreli çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button