“Keşlə” ilə oyunun əvəzinə Van Dammın filmini yayımladılar FOTO
Rusiyanın “Soçi” komandası Konfrans Liqasının 2-ci mərhələsinin ilk oyunu çərçivəsində “Keşlə”ni 3:0 hesabıyla məğlub edib.
Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmanı Rusiyadan heç bir telekanal canlı yayımlamayıb. Rusiyanın futbol kanalı “Matç” TV “Soçi” – “Keşlə” matçı əvəzinə Jan-Klod Van Dammın “Qanlı idman” filmini yayımlayıb. Bu, rusiyalı futbolsevərlərin narazılığına səbəb olub.
Rusiyada “Matç” TV-nin sisteminə daxil olan “Futbol 1”, “Futbol 2” və “Futbol 3” telekanallarında isə keçmiş oyunların təkrarı yayımlanıb.
“Soçi” – “Keşlə” matçına “Matç” TV və “Sportbox” saytlarında baxmaq mümkün olub.
“Matç” TV telekanalının əməkdaşı Georgi Çerdanstev bu məsələ ilə bağlı sualların “Soçi” klubuna ünvanlanmalı olduğunu bildirib.
“Keşlə” ilə “Soçi” arasındakı cavab matçı iyulun 29-da, Bakıda olacaq.
Bizi Facebook-da izləyin