Azərbaycanlı hakim və həkim Tokio-2020-yə dəvət aldı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) azərbaycanlı hakim və həkimə etimad göstərib.
Komanda.az xəbər verir ki, BOK 2 azərbaycanlını Tokio Yay Olimpiya Oyunlarına dəvət edib. Belə ki, iyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək boks yarışlarında ədaləti qoruyacaq referilər arasında beynəlxalq dərəcəli hakim Anar Babanlı da olacaq.
Olimpiadanın boks yarışlarında isə Leyla Nəsirova həkim kimi çalışacaq.
Azərbaycan millisi Tokio-2020-də 5 boksçu ilə mübarizə aparacaq. Azərbaycanın idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin