AÇ-2020: “İtaliya bir daha dərs verdi”
İtaliya milli komandasının futbolçusu Leonardo Bonuççi AÇ-2020-nin finalında İngiltərəni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Bonuççi, çempionluq haqda bunları söyləyib:
“Tarixi qol və yuxularımız reallaşdı. Bütün uğur məşqçimizin və komandamızındır. İlk gündən inanırdıq. Addım-addım irəlilədik və sonunu gətirə bildik.
58 min azarkeşin gözlərinin önündə qazanmaq çox xüsusidir. Kubok Romaya gedir. Onlar burada qalacağını düşünürdülər. İngilislərə görə məyusam. İtaliya bir daha dərs verdi”.
AÇ-2020-nin İngiltərə və İtaliya milli komandaları arasında keçirilən final matçının əsas vaxtı heç-heçə bitib – 1:1. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İtaliya millisi Avropa çempionu olub.
Bizi Facebook-da izləyin