Azərbaycan millisinin hücumçusu Ukrayna klubu ilə müqavilə bağladı
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin yeni klubunun adına rəsmən aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonra karyerasını Ukraynanın “Kolos” klubunda davam etdirəcək.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Millimizin üzvü ilə Premyer Liqa təmsilçisi arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Anatoli yeni komandasında “11” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Anatoli Nuriyev son olaraq Ukrayna Premyer Liqasının digər iştirakçısı “Minay”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin