AÇ-2020: “Ağlamamaq üçün özümü güclə saxlayırdım” – Lukaku

Belçika milli komandasının futbolçusu Romelu Lukaku AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Danimarkanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, belçikalı hücumçu, 2:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“İlk hissədə duyğularımı gizləmək məcburiyyətində qaldım. Ağlamamaq üçün özümü güclə saxlayırdım. Futbol oynamaq çox çətin idi. Fasilədə özümə gəldim və bütün diqqətimi oyuna verdim.

Danimarka xalqı bu gün böyük xarakter göstərdi. Daha yaxşı nəticəyə layiqdirlər. Kristian Eriksenin həyatını qurtardıqları üçün onlara minnətdaram”.

AÇ-2020-nin B qrupu çərçivəsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun (0:1) gedişində Kristian Eriksenin ürəyi dayanmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button