AÇ-2020: Slovakiya millisinin futbolçusunda koronavirus aşkarlandı
Slovakiya milli komandasının futbolçusu Denis Vavroda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Ştefan Tarkoviç AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda İsveçlə qarşılaşacaqları oyundan əvvəl keçirilən mətbuat konfransında deyib. O, yarımmüdafiəçinin koronavirus testinin müsbət çıxdığını bildirib.
Sabah keçiriləcək İsveç – Slovakiya matçı saat 17:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin