AÇ-2020: “Həqiqətən, çətin qrupa düşmüşük”
Uels milli komandasının futbolçusu Aaron Remzi AÇ-2020-də yer aldıqları A qrupunu dəyərləndirib.
Komanda.az xəbər verir ki, Remzi, İsveçrə ilə qarşılaşacaqları ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında çətin qrupa düşdüklərini deyib:
“Həqiqətən, çətin qrupa düşmüşük. İtaliya, Türkiyə və İsveçrə çox güclü komandalardır. Buna baxmayaraq, hədəfimiz qrupdan çıxmaqdır. Bütün diqqətimiz bu istiqamətdədir. İlk oyunda qələbə qazanmaq istəyirik.
Son illərdə yığmada istədiyim qədər oynaya bilməmişəm. Lakin hazırda heyətin ən təcrübəli futbolçularındanam. Gənc futbolçulara hər cür kömək etməliyəm”.
Uels yığması AÇ-2020-nin A qrupunda Türkiyə, İtaliya və İsveçrə ilə mübarizə aparacaq. Uels yığması ilk oyununu Bakıda İsveçrəyə qarşı keçirəcək.
Bu gün, Bakı Olimpiya Stadionunda oynanılacaq Uels – İsveçrə oyunu saat 17:00-da start götürəcək.
Bizi Facebook-da izləyin